YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıdakı Avropa Oyunlarında 50 MOK-un hamısı iştirak edəcək

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 50 Milli Olimpiya Komitəsi iştirak edəcək və heç kim kənarda qalmayacaq.

Bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki cümə günü Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Avropa Oyunlarında iştirakı ilə bağlı suala cavab verərkən deyib.

Öz növbəsində, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, onlar hələ də müxtəlif Milli Olimpiya komitələrindən yerlərin sayı ilə bağlı informasiya alırlar və əlavə edib ki, hələlik bu məsələ ilə bağlı heç bir konkret məlumat verə bilməz.