YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi şəhidinin ailəsini ziyarət edib

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi şəhidi Səmədli Elşən Bayram oğlunun ailəsini ziyarət edib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Vətənimizin işğaldan azad olunması məqsədilə döyüşlərə könüllü şəkildə qatılaraq, öz canından keçməklə şəhidlik zirvəsinə ucalmış Səmədli Elşənin timsalında bütün şəhidlərimizin dövlətimiz tərəfindən heç zaman unudulmayacağını vurğulayıb, vətənpərvər övlad böyütdüyünə görə şəhid atasına minnətdarlığını bildirib.

19 fevral tarixində şəhidin doğum günündə şəhidin ailəsinə təşkilat tərəfindən Anım Lövhəsi təqdim olunub.