YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün başlanılan petisiya artıq 23 minə yaxın səs toplayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun Ermənistanın prezidenti Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün başladığı petisiya bir həftə ərzində 23 minə yaxın səs toplayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından bildiriblər ki, artıq adıçəkilən petisiya ölkə cəmiyyətində geniş yayılıb. Bu həftədən etibarən ali təhsil müəssisələri də petisiyaya aktiv şəkildə qoşulublar. Bundan əlavə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müxtəlif ölkələrdə (Türkiyə, İngiltərə, Ukrayna, Belçika, Rusiya, Niderland və s.) təhsil alan həmyerlilərimiz də bu petisiyanı dəstəkləyirlər.
Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan da Türkiyə gəncliyinə və tərəfdaşlarına müraciət edərək, petisiyanı dəstəkləyib.
Məlumatda, həmçinin qeyd olunur ki, petisiyaya imza atanlar arasında hətta ermənilər və Ermənistan KİV-ləri də var. Müxtəlif sosial şəbəkələr üzrə (facebook, twitter, google+, instagram) geniş yayılan petisiya artıq erməni tərəfində ciddi narahatlıq doğurur və Ermənistanın bəzi KİV-ləri bu təşəbbüsü şərh edirlər.
Xatırladırıq ki, petisiya 100 min səs toplandıqdan sonra BMT Təhlükəsizlik Şurasına ünvanlanacaq.