YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğan: Otuz illik işğaldan sonra Qarabağın ana Vətəninə yenidən qovuşmasının sevincini ürəyimizdə hiss etdik

Türk dünyası olaraq geridə qoyduğumuz dövrdə, koronavirus pandemiyası səbəbindən dostlarımız və sevdiklərimiz daxil olmaqla bir çox insanı itirməyin ağrısını yaşadıq. Ancaq, eyni dövrdə, 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik. Azərbaycanlı qardaşlarımı 44 gün davam edən şanlı mübarizələri ilə böyük bir zəfərə imza atmaları münasibətilə bir daha təbrik edirəm.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumuna məktubunda bildirib.

Məktubda deyilir: “Həm Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız, Türk dünyasının müdafiədən diplomatiyaya, səhiyyədən əkinçiliyə, turizmdən enerjiyə qədər hər sahədə birlik, həmrəylik və bərabərliyinin vacibliyini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük. Ailə üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı əməkdaşlığı daha da artırmaq olmalıdır. “Türk Dünyası Meteorologiya Birliyi”nin yaradılması təşəbbüsünün bu istiqamətdə atılan mühüm bir addım olduğunu düşünürəm”.

Türkiyə Prezidenti Forumun işinə uğurlar arzulayıb.

 

DİGƏR Xəbərlər Arxiv