YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Estoniya parlamentinin Azərbaycan ilə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümünə dair bəyanat qəbul edib

Estoniya parlamentinin - Riyqikoqunun Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib.

Qrupun üzvləri Azərbaycan xalqına Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dərin hüznlə başsağlığı veriblər. Bəyanatda bildirilir ki, Azərbaycan xalqı Xocalı soyqırımında 600-dən çox günahsız vətəndaşını itirib. Onların arasında çoxsaylı uşaq, qadın və yaşlı insan olub.

“Biz dinc Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş insanlığa zidd bu vəhşiliyin günahkarlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktının günahkarları məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan və Ermənistan arasında Qarabağ bölgəsindəki bütün hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycan Respublikasının davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi bildiririk”, - deyə bəyanatda vurğulanır.

 

DİGƏR Xəbərlər Arxiv