YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının nümayəndələri şəhid Ağayusif Əliyevin ailəsini ziyarət edib

Fevralın 16-da YAP Ucar rayon təşkilatının nümayəndələri rayonun Bağban kəndindən olan, Şuşa şəhərinin azad edilməsi uğrunda şəhid olan Əliyev Ağayusif  Mübariz oğlunun ailəsini ziyarət ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna duallar oxunub. 

Həmin gün şəhid Ağayusif  Əliyevin Vətənə əmanət qalan iki qız övladından biri - kiçik qızı Zəhranın ad günü idi. Onun 3 yaşı tamam olub.

YAP rayon təşkilatının nümayəndələri şəhidin valideynlərinə qəhrəman övlad yetişdirdikləri üçün minnətdarlıq edib, balaca Zəhranın ad gününü təbrik ediblər.

 

 

 

DİGƏR Xəbərlər Arxiv