YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Mədəniyyətlərarası dialoq, bir ölkədə yaşayan müxtəlif xalqların, dinlərin və konfessiyaların nümayəndələri arasındakı münasibətlər uğurlu inkişafın rəhnidir

«Bakı həmişə dostlarını qəbul edən, ağuşunu onlara geniş açan, qonaqpərvərliyi ilə seçilən şəhər olub. Bu, hansısa təzahürün nümayişi olmayıb, sadəcə, bu, cəmiyyətin öz istəyindən yaranan müsbət duyğulardır. Bunu həm şəhərin, həm də insanların görünüşündən hiss etmək olar. Xüsusilə də belə bir mötəbər beynəlxalq, mədəni birliyin görkəmli nümayəndə heyəti təşrif buyuranda böyük məmnunluq duyulur. Buna görə də həmişə şadıq, tez-tez gəlin. Sizi görməyimizə şad olarıq. Bizdə hər il sizin də iştirak etdiyiniz Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Biz tez-tez həm də multikulturalizm mövzusunda tədbirlər keçiririk. Bu yaxınlarda mənim Fərmanımla, zənnimcə, dünyada hələ ki, yeganə olan Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu mövzu çox vacibdir. Biz bu mövzu ilə hələ müasir təhlükələrin olmadığı bir vaxtda - cəmi bir-iki il bundan əvvəl təhlükələrin yaranmadığı dövrdən məşğul olmağa başlamışıq. Bəlkə də belə təhlükələr var idi, bundan xəbərdar olanlar az olub». Bu fikirləri Prezident İlham Əliyev Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşü zamanı deyib. 

Prezident İlham Əliyev bildirib ki, mədəniyyətlərarası dialoq, bir ölkədə yaşayan müxtəlif xalqların, dinlərin və konfessiyaların nümayəndələri arasındakı münasibətlər uğurlu inkişafın rəhnidir. Buna görə də düşünürəm ki, Azərbaycanın bu istiqamətdəki irəliləyişi çox müsbət haldır. Təəssüf ki, biz başqa nümunələrə də rast gəlirik. Dövlət başçısının sözlərinə görə,  həm sərhədlərimizin ətrafında, həm Yaxın Şərqdə, həm də Avropada münaqişələr, düşmənçilik münasibətləri artmaqdadır.

«Çox vaxt bu cür münasibətlər müəyyən siyasi dairələr, bəzən media nümayəndələri tərəfindən süni şəkildə təlqin olunur. Biz öz cəmiyyətimizi və ölkəmizi bu cür meyillərdən qorumağa çalışırıq. Buna görə də mədəniyyətlərarası dialoq çərçivəsində keçirdiyimiz tədbirlər təkcə görkəmli xadimlərin formal toplantısı deyil, belə mərasimlər bizim cəmiyyətimizə müsbət ovqat bəxş edir. Çünki Azərbaycanın uğurlu inkişafı, ilk növbədə, insan potensialı deməkdir. Mən ilk çıxışlarımdan birində demişəm ki, biz nefti - “qara qızıl”ı insan kapitalına çevirməliyik. Biz bu istiqamətdə də işləyirik. Bu gün bizim iqtisadiyyatımızda neft əsas amil deyil, buna görə də digər sahələr artıq inkişaf etməkdədir. Tamamilə razıyam ki, bütün bunların əsasında cəmiyyətin mənəvi vəziyyəti və sağlamlığı durur. Buna isə yalnız bu cür ictimai həmrəyliklə nail olmaq mümkündür»- deyə, Prezident İlham Əliyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv