YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Naxçıvan nəqliyyat dəhlizinin gələcəkdə istifadəyə verilməsi regionun daha böyük inkişafına imkan verəcək

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə uzun illərdən bəri çətin blokada şəraitində yaşamaqda davam edən Naxçıvan Muxtar Respublikasının dəmir yolu nəqliyyatının bərpa edilməsinə dair razılaşdırmanın əldə olunması, bu regionu Azərbaycanın digər rayonları ilə əlaqələndirən yeni avtomobil yolunun çəkilməsinin planlaşdırılması qədim diyarın müasir inkişafında xüsusi əhəmiyyətə malik olacaq”. Bu fikirləri Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

İsa Həbibbəyli bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İqdır-Sədərək-Şərur magistralı vasitəsilə Naxçıvana birləşdirilməsi muxtar respublikanın hərtərəfli inkişafına yeni nəfəs gətirəcək mühüm hadisədir. Onun fikrincə, yaradılması çox da uzaqda olmayan Naxçıvan nəqliyyat dəhlizi ilə Naxçıvan Muxtar Respublikası müasir dövrün əsas tranzit mərkəzlərindən birinə çevrilə bilər. Naxçıvan nəqliyyat dəhlizinin Türkiyə vasitəsilə Avropaya, İran yolu ilə Asiyaya, Bakıdan keçməklə Rusiyaya doğru genişləndirilməsi regionun daha böyük inkişafına start vermək deməkdir.

“Bütün bunlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bugünkü müasir intibah mərhələsinin yeni üfüqlərə doğru daha da inkişaf etdirilməsinə tam təminat verir”,-deyə akademik vurğulayıb.