YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: YAP Gənclər Birliyi fəaliyyətində daim keyfiyyətə üstünlük verir

«Ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə gəncliyi inkişaf edir». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyasının bu gün keçirilən iclasında deyib.

S.Orucov Yeni Azərbaycan Partiyasının da gənclərə olan münasibətini yüksək dəyərləndirib, Gənclər Birliyinin fəaliyyətinə hərtərəfli dəstək verildiyini vurğulayıb. İclasda YAP Gənclər Birliyinin sədri bir sıra təkliflərlə çıxış edib. Partiyanın sıralarında 254 minə qəd gəncin birləşdiyini deyən S.Orucov kəmiyyət baxımdan bunun yüksək göstərici olduğunu diqqətə çatdırıb. «Ona görə də, biz daha çox keyfiyyətə üstünlük veririk. Eyni zamanda, vaxtaşırı olaraq partiyanın veteranları ilə gənclərin görüşlərinin keçirilməsi yaxşı olardı. Belə görüşlər təkcə Bakı şəhərində deyil, bölgələrdə də keçirilməlidir. Çünki gənclərin partiya veteranlarının tövsiyələrinə hər zaman ehtiyacı var»- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.