YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Məmmədov: Yeni Azərbaycan Partiyasında nizam-intizam məsələlərinə xüsusi diqqət yetirilir

«Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə digər siyasi təşkilatlara nümunədir». Bu fikri YAP-ın Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri Məhəmməd Məmmədov YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyasının bu gün keçirilən iclasında deyib.

M.Məmmədov bildirib ki, YAP-ın sıralarında partiyanın ideya və prinsiplərini qəbul edən insanlar birləşib. Onun sözlərinə görə, hazırda YAP sıralarında 650 min nəfərə yaxın üzv birləşib. Bunların 45 faizini qadınlar, 40 faizini isə gənclər təşkil edir.

«Partiyamızda intizam məsələlərinə xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, nizam-intizam yüksək səviyyədədir. Mərkəzi Nəzarət-Təftiş Komissiyası mütəmadi olaraq bu yöndə araşdırmalar aparır, müvafiq qərarlar qəbul edir. Bu baxımdan, partiyaya qəbul prosesində yüksək nizam-intizam, mənəvi-əxlaqi keyfiyyətlərin də nəzərə alınması müsbət haldır»- deyə, M.Məmmədov vurğulayıb.