YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ravvin Zamir İsayev: Azərbaycan ordusunda döyüşən yəhudilər icmamızın və bütün ölkənin qürurudur

İşğaldan azad edilmiş torpaqları  ziyarət edən ilk İsrailli

Ravvin Zamir İsayev, 2020 – ci ilin oktyabrında hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqları ziyarət edən ilk israilli olub. Bu yaxınlarda İsayev Azərbaycan və İran sərhəddində yerləşən  Füzuli rayonunu və Zəngilan şəhərini ziyarət edib. Qapalı hərbi zona olan  əraziləri ziyarət etmək üçün Azərbaycan ordusundan və ölkənin Prezident Administrasiyasından xüsusi icazə tələb olunur. İsayevin direktoru olduğu 46 saylı Bakı Yəhudi məktəbinin məzunları arasında ən azı 5 nəfər döyüşlərdə iştirak edib. “Şagirdlərimin azad olunması üçün mübarizə apardıqları əraziləri  öz gözlərimlə görmək mənim üçün vacib idi " – deyə  Zamir İsayev bildirib. “Azərbaycan ordusunda döyüşən yəhudilər icmamızın və bütün ölkənin qürurudur”.

Marşrutun əsas nöqtəsi Zəngilan şəhəri idi. 29 oktyabr 1993-cü ildə  Qarabağ müharibəsi zamanı Zəngilan rayonu  erməni silahlı qüvvələri tərəfindən işğal edildi  və elə həmin dövrdən etibarən de – fakto qondarma “Dağlıq – Qarabağ Respulikası”nın hakimiyyəti tərəfindən idarə olunub. Baxmayaraq ki, bu ərazilər tarixən heç vaxt qondarma “ Dağlıq Qarabağ Respublikası”nın tabeliyində olmayıb. 1993-cü il BMT- nin Təhlükəsizlik Şurasının qərarına əsasən, Zəngilan rayonu  beynəlxalq səviyyədə işğal edilmiş ərazi kimi tanınıb və Zəngilan Azərbaycanın işğal olunmuş ən son şəhəri olub. 2020-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələri şəhərə və ətraf ərazilərə nəzarət yaratdı. 1993-cü ildə evlərini tərk etmək məcburiyyətində qalan 42700 keçmiş Zangilan sakini hazırda Azərbaycanın ərazisində yaşıyır. Ravvin  İsayevin sözlərinə görə, o,  hələ 1993-cü ildə erməni qoşunlarının ərazini tərk edərkən məhv etdiklərinin həcminə heyrətlənmişdi. Azrbaycanın  şəhər sakinləri  rayonu tərk etdikdən və öldürüldükdən  sonra orada yerləşən 18-ci əsrə aid  məscid, xəstəxana və məktəblər daxil olmaqla şəhərin bütün binaları darmadağın edilmişdi. İsayev bildirib ki, “Mən təxminən 30 il xarabalıqda qalan, tərkedilmiş bir şəhər gördüm”. Bir çox bina tamamilə dağıdılmışdı. Görünür Erməni hakimiyyəti  burada məskunlaşmağı deyil, yalnız onu məhv etməyi planlaşdırıblar. Zəngilan kimi şəhərlər açıq şəkildə göstərir ki, ermənilər bu torpağa öz torpaqları kimi yanaşmayıblar ". Onun sözlərinə görə, indi azad edilmiş ərazilərin bərpası sürətlə davam edir, komunikasiya və əlaqələr  yenidən canlanır. İsayev bildirib ki,   görünən mənzərə Azərbaycanda 29 –cu  il dönümü qeyd olunacaq  26 fevral Xocalı faciəsini xatırladır. 1992-ci il Qarabağ müharibəsi zamanı, fevralın 25 – dən  26 – a keçən gecə, erməni silahlı birləşmələri Xocalı şəhərində 613-dən çox dinc sakini qətlə yetirib. Azərbaycan mənbələrində bu hadisə  Xocalı Soyqırımı kimi qeyd olunur.

DİGƏR Xəbərlər Arxiv