YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın Azərbaycandakı səfiri: Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar

"Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar. Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir". Bu barədə bu gün Pakistanın Azərbaycandakı səfirliyində 5 fevral - Kəşmir Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser deyib. /Trend/

Səfir bildirib ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altında olan Azərbayan torpağı, Kəşmir isə Hindistan ilə mübahisəli ərazidir və Kəşmir xalqına BMT Təhlükəszlik Şurasının qətnamələrinə əsasən verilmiş öz müqəddəratını təyin etmək hüquqlarını inkar edir.

İki münaqişə arasında oxşarlıqlar barədə danışan diplomat BMT TŞ qətnamələrinin icra olunmaması, beynəlxalq hüququn pozulması, əhalinin köçürülməsi, dini abidələrin təhqir olunması, mədəni irsin məhv edilməsi, atəşkəsin işğalçı qüvvələr tərəfindən pozulması, işğal olunmuş ərazilərdə demokrafik dəyişikliklərə cəhd edilməsini nəzərə çatdırıb.

Diplomat bildirib ki, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək.