YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə” kitabının İstanbulda təqdimatı olub

Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksun “Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə” adlı kitabının türk dilinə tərcümə olunmuş versiyasının İstanbulda təqdimatı olub.
Avropa-Azərbaycan Cəmiyyətindən bildirilib ki, Türkiyənin Azərbaycan və Böyük Britaniyada fəaliyyət göstərmiş sabiq səfiri Ünal Çeviközün, İsveçin Türkiyədəki baş konsulu Yens Odlanderin və digər diplomatların, türkiyəli yazıçı Nərmin Bezmen və tanınmış aktyor Tolqa Sayacın da qatıldığı tədbirdə 150-dən çox qonaq iştirak edib.
L.Foks bildirib ki, “Əgər şahə qalxan dalğalarda” çağırış və imkanları özündə ifadə edən rəmzi bir ölkə varsa, bu, Türkiyə olmalıdır. Təhlükəli qonşular, transmilli terrorizm, dini radikalizmin yüksəlişi fonunda Türkiyə NATO-nun ən loyal üzvü kimi alyans üçün olduqca mühüm ölkədir. Xüsusilə də “Soyuq müharibə”nin ən təhlükəli illərində alyans daxilində Türkiyə hərbi qüvvəsinə görə Britaniya və Fransanı üstələyərək, ABŞ-dan sonra ikinci ən böyük ölkə olub. 2019-cu ilədək Xəzər qazı Cənubi Qafqazdan Avropaya Türkiyə vasitəsilə nəql ediləcək və beləliklə də bu ölkə Ukraynanı Avropanın ən böyük enerji daşıyıcılarının tranziti rolunda əvəzləyəcək. Bütün bunlar, eləcə də ölkənin güclü iqtisadi artımı və ümumilikdə qeyri-stabil regionda sabit ölkə nüfuzu nəzərə alınarsa, Türkiyənin yaxın gələcəkdə sərmayə yatırmaq üçün uyğun məkan olduğu üzə çıxar.
Qeyd edək ki, L.Foksun “Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə” kitabı Avropa-Azərbaycan Cəmiyyətinin “TEAS Press” Nəşriyyat Evi tərəfindən tərcümə olunaraq nəşr edilib. Kitabın ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş versiyasının Bakıda təqdimatı ötən il sentyabrın 15-də keçirilib.