YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa şirkətləri ödənməyən borc problemi ilə üzləşib

“euronews.com” saytı bildirir ki, avrozonada iqtisadi artım meyillərinə baxmayaraq, ödənməyən borcların həcminin artması şirkətləri çətin vəziyyətdə qoyub.

 Kredit menecerliyi ilə məşğul olan “Intrum Justitia” şirkətinin hazırladığı illik Avropa Ödəmə İndeksinə (EPİ) görə, ötən illə müqayisədə, bu il ödənməyən borcların miqdarında 0,1 % artım qeydə alınıb. Ödənməyən borclar 2013-cü ildə şirkətlərin illik gəlirinin 3 %-ni təşkil etdiyi halda, cari ildə bu rəqəm 3,1 % təşkil edir. Müqayisə üçün bildirilir ki, qeydə alınan maliyyə itkisi 8 milyon iş yerindən gələn gəlirə bərabərdir. Məlumata əsasən, ödənməyən borcların artması işsizliyin səviyyəsinin yüksəlməsinə də səbəb olur.

DİGƏR Xəbərlər Arxiv