YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının nümayəndələri şəhid polkovnik-leytenant Babək Ramaldanovun ailəsini ziyarət ediblər

YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və təşkilatın əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun ailəsini ziyarət ediblər.

YAP Xətai rayon təşkilatının sədri H. Mirələmov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə valideynlərə təşəkkür edib. YAP Xətai rayon təşkilatının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq. Həmçinin şəhidin ailəsinə maddi yardım edilib.

Qeyd edək ki, Babək Meyvəddin oğlu Ramaldanov Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin sərəncamları ilə B.Ramaldanov “Azərbaycan bayrağ”ı ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

 

DİGƏR Xəbərlər Arxiv