YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrimiqyaslı təlimlərin əsas mərhələsi keçirilib

Fevralın 4-də irimiqyaslı təlimlərin döyüş atışları icra olunmaqla əsas mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun əmrinə əsasən qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən hərbi birləşmə və hissələrin ön dəstələri dəstək zolağını qət edərək şərti düşməni məhv etməklə hücum edən əsas qüvvələrin döyüşə girməsi tapşırığını müvəffəqiyyətlə yerinə yetiriblər.
Qoşunların əvvəlcədən hazırlanmamış ərazidə atəşlə döyüşə keçməsi nəticəsində “düşmən” tələfat verib. Beləliklə, düşmənlə bilavasitə təmas vəziyyətindən hücum əməliyyatları üzrə tapşırıq uğurla icra olunub.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan vəzifələrin icrası vəziyyəti yoxlanılıb.
Təlim poliqonunda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.