YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatı şəhid ailələri ilə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının  Göyçay rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir.

Belə ki, təşkilatın nümayəndələri Vətən müharibəsində Göyçay rayonunun Qaraxıdır, Alpoud, Bəydövül  kəndlərindən  şəhid olmuş  Xudiyev Mütalib Ələskər  oğlu, Mikayılov Elvin Nizami oğlu, Orucov Bayram Çərkəz oğlu, Əzizov Şəmistan İlyas oğlu, Abdullayev Saleh Sədiyar  oğlunun ailələrini  ziyarət ediblər.

Ziyarət zamanı ailələrin qayğıları dinlənilib, onlara maddi dəstək göstərilib.