YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zaqatala rayon təşkilatı hesabat yığıncağı keçirib

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağını giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov rayon təşkilatının ötən ildəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı hər il olduğu kimi, çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Ümummilli Lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsədilə sistemli işlər görülüb. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən olan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.

Natiq dövlət başçısının həyata keçirdiyi islahatları diqqətə çəkərək, ölkə əhalisini rifahının yüksəldilməsi istiqamətində layihələrin reallaşdığını bildirib. Ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı danışıb: "Biz Birlikdə güclüyük" devizi altında keçirilən aksiya zamanı rayon təşkilatımız tərəfindən tənha ahıl insanların ehtiyaclarının ödənilməsi ilə əlaqədar imkansız ailələrə sosial xidmət və ərzaq yardımı göstərilmişdir".

H.Qurbanov bildirib ki, 27 sentyabr 2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə rayon ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları müntəzəm olaraq hərbi xidmətdə olan əsgərlərin ailələri ilə əlaqələr saxlamış, şəhid ailələrində olmuş, yaralı qazilərimiz və onların ailə üzvləri ilə görüşmüş, səhhətləri, problemləri ilə maraqlanmış və rayon təşkilatına müntəzəm olaraq məlumat vermişlər.

Çıxışının sonunda H.Qurbanov bildirib ki, YAP Zaqatala rayon təşkilatı 2021-ci ildə də, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək. Qeyd edib ki, rayon təşkilatının 7648 üzvü var. Onlardan 4235-ni qadınlar, 3343-nü isə gənclər təşkil edir.

Tədbirdə çıxış edən YAP Zaqatala rayon təşkilatı qadınlar şurasının sədri Vəfa Süleymanova, YAP Zaqatala rayon təşkilatının gənclər birliyini sədri Elburus Məmmədov və ərazi ilk partiya təşkilat sədrləri görülən işlərdən danışıb, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd ediblər. 2020-ci ildə YAP Zaqatala rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Daha sonra çıxış edən YAP İcra katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev bildirib ki, YAP Zaqatala rayon təşkilatı tərəfindən həm Milli Məclisə keçirilən seçkilər zamanı, həm pandemiya dövründə, həm də Vətən müharibəsi vaxtı həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Natiq YAP Zaqatala rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yığıncaqda hesabat məruzəsi və Fəaliyyət Planı qəbul edilib, YAP Zaqatala rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.