YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

David İbramxəlilov: "Dəmir yumruq" xalqımızın həm gücünün, həm də birliyinin rəmzidir

"Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ilə inkişafın, tərəqqinin yeni mərhələsinə qədəm qoymuş oldu. Vətən müharibəsinin parlaq nəticəsi bütün dünyaya bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır, Azərbaycanda yaşayan bütün xalqlar və millətlər vətənin dar günündə bir yumruq kimi birləşib mənfur düşmənin başını əzə bilirlər. "Dəmir yumruq" xalqımızın həm gücünün, həm də birliyinin rəmzidir". Bu fikirləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib.

David İbramxəlilov bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" fikri həqiqətdə də öz əksini tapdı. Ölkəmizdə milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının bütün hüquq və azadlıqları təmin olundu. Erməni təbliğat maşını Azərbaycanda yaşayan xalqları bir-birinə qarşı, üz-üzə qoymaq istəsə də buna nail ola bilmədi. Əksinə, ölkəmizdə yaşayan millətlər və etnik qruplar Vətən müharibəsində əsil qəhrəmanlıqlar göstərdi, doğma torpaqları uğrunda həyatlarını fəda etdilər.

Təşkilat sədrinin sözlərinə görə, qələbədən sonra Azərbaycanın gələcək inkişafının perspektivləri tam aydın şəkildə görünür: "İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının,sənayenin turizmin inkişafı ölkə iqtisadiyyatına yeni imkanlar açacaqdır. Müharibənin qələbəmizlə başa çatmasından az müddət keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə Füzuli-Şuşa avtomobil yolunun, Füzuli şəhərində aeroportun tikintisi sürətlə aparılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Şuşa şəhərinin vəziyyəti ilə yaxından tanış olması, cənab Prezidentin çıxışlarındakı son açıqlamaları Şuşa şəhərinin dünyanı heyran edəcək bir mədəniyyət mərkəzi kimi gələcəyindən xəbər verir. Şuşa Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır. Sevindirici haldır ki, artıq Şuşada yeni infrastruktur quruculuğu prosesinə start verilib və tezliklə bu tarixi yurdumuz "Azərbaycanın mədəniyyət paytaxtı" kimi müxtəlif beynəlxalq tədbirlərin keçiriləcəyi məkana çevriləcək".