YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistanın faktiki olaraq müstəqil dövlət olmaması bütün dünya üçün məlum olan məsələdir

«Ermənistanın  faktiki olaraq müstəqil dövlət olmaması bütün dünya üçün məlum olan məsələdir». Bu fikri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, belə olan vəziyyətdə Ermənistan kimi nökər dövlətin bu və ya digər məsələdə müstəqil qərar qəbuletmə potensialı yoxdur. Onun sözlərinə görə, müəyyən dövlətlər kəlbəcərli girovlarla bağlı təpki göstərsə, erməni tərəfi onları azad etməyə məcbur olacaq.

«Bu yaxınlarda Moldovalı ombudsman Aureliya Qriqoriya çox maraqlı bir təşəbbüslə çıxış edib. O qeyd edir ki, Avropadakı hüquq müdafiəçiləri ilə iki girov azərbaycanlının hüquqlarının müdafiəsi istiqamətində işə başlamaq istəyir. Eyni zamanda o, Rusiya tərəfi ilə bu istiqamətdə işləyə bilər. Sadəcə olaraq, özünün ən son informasiyalarla təmin olunmasına ehtiyacı olduğunu bildirib. Hesab edirəm ki, onun bu fəaliyyəti təqdirəlayiqdir»- deyə, E. Nəsirov qeyd edib.