YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatı Vətən müharibəsində şəhid olmuş Cəmil Adıgözəlovun ailəsi ilə görüş keçirib

YAP Sabunçu rayon təşkilatı şəhid ailələri ilə görüşlərini davam etdirir.  Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Adıgözəlov Cəmil Əli oğlunun ailəsini ziyarət ediblər.

 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan C.Adıgözəlovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.

Görüş zamanı ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib, şəhidin ailəsinin problem və qayğıları ilə maraqlanılıb, ailənin  sosial məişət problemlərinin aradan qaldırılmasına köməklik göstərilib və maddi yardım olunub.
Qeyd edək ki, Adıgözəlov Cəmil Əli oğlu 29.04.2002-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. 2019-cu ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən orta məktəbi bitirərək 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanmışdır. Vətən müharibəsi zamanı Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan C.Adıgözəlov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.