YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar Fransa parlamentində müzakirə edilib

Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin sədrliyi ilə parlamentdə “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Paris görüşünün nəticələri və perspektivləri” adlı “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa” Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı ofisinin və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Parisdə keçirdikləri görüşün nəticələri barədə müzakirələr aparılıb.
ATƏT-in Minsk qrupunun iki fransalı sabiq həmsədri, Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin nümayəndəsi, Azərbaycanın Fransadakı səfiri, siyasətçilər, diplomatlar və vətəndaş cəmiyyətinin nümayəndələri tədbirin iştirakçıları arasında olublar.
ATƏT-in Minsk qrupunun sabiq həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aparılan sülh danışıqlarının tarixinə nəzər salıblar.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov münaqişənin həlli ilə bağlı gedən sülh danışıqlarının hazırkı vəziyyəti barədə məlumat verib.
Sonda təşkilatçılar BMT Baş Məclisinin 2015-ci ilin sentyabrında baş tutacaq sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında aparılacağı gözlənilən müzakirələrdən sonra payızda yeni toplantının keçirilməsi təklifini irəli sürüblər.

 

DİGƏR Xəbərlər Arxiv