YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocavənd rayon təşkilatının nümayəndələri şəhid ailələri ilə görüşləri davam etdirir

YAP Xocavənd rayon təşkilatının nümayəndələri  şəhid ailələri ilə görüşləri davam etdirir.

YAP Xocavənd rayon təşkilatının təşəbbüsü ilə növbəti görüş Vətən müharibəsində şəhid olmuş Xocavənd rayonunun Muğanlı kənd sakini Quliyev Şirxan İsmixan oğlunun ailəsi ilə keçirilib. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əldə olunması uğrunda canından keçən hərbi qulluqçularımızın xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə diqqət və qayğı göstərmək məqsədi daşıyan görüşdə rayon təşkilatının fəal gəncləri iştirak ediblər.

Qeyd edək ki, Şirxan Quliyev ötən il noyabrın 7-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

DİGƏR Xəbərlər Arxiv