YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Vətən müharibəsi iştirakçısı, qazi Arif Hacıyev ziyarət olunub

19 saylı Nərimanov seçki dairəsindən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Nərimanov rayonun sakini, Vətən müharibəsinin iştirakçısı, qazi Arif Şirvan oğlu Hacıyevi ziyarət ediblər.

Görüş zamanı Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun 44 gün müddətində əzəli və əbədi torpaqlarımızı düşmən işğalından azad etməsi, həmçinin "Dəmir yumruq" hərbi əməliyyatı ilə xalqımızın qəlbindəki 30 illik nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Millət vəkili bildirib ki, müharibə dövründə dövlətimizin başçısının "Biz birlikdə güclüyük!" şüarını rəhbər tutan xalqımızın igid övladlarının ön cəbhədə, bütün Azərbaycan xalqının isə arxa cəbhədə səfərbər olması qürurvericidir. Qeyd olunub ki, Ermənistanın müharibə zamanı aldığı zərbələrin yaraları hələ uzun illər sağalmayacaq. Müharibə gənclərimizin vətənpərvərliyini, azərbaycançılıq məfkurəsinin hər kəsin qəlbində ən uca zirvədə qərar tutduğunu bir daha göstərdi.

Hikmət Babaoğlu qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də xalqımızın qəhrəman oğullarımızla qürur duyduğunu bildirib, onların torpaqlarımızın erməni işğalından azad edilməsi ilə tarix yazdıqlarını söyləyib. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.

Vətən müharibəsinin iştirakşısı, qazi Arif Hacıyev keçdiyi döyüş yolu bardə danışıb. O, Vətən müharibəsinin başlandığı ilk gündən döyüşlərdə olduğunu bildirib, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunması əməliyyatlarında iştirak etdiyini söyləyib. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə isə yaralanıb. O yaralandıqdan sonra Bakıya Müdafiə Nazirliyinin hərbi hospitalına gətirilib, həkimlər Arifin sağlamlığına qovuşması üçün bütün imkanlarını səfərbər ediblər. Arif Hacıyev həkimlərin fədakarlığını yüksək qiymətləndirərək hərbi hospitalın ümumi cərrahı Niyaməddin Ağaməliyevə, plastik rekonstruktiv bölmənin rəisi Taleh Qasımova, oordinator Şamil Hacıyevə və oftalmologiya bölməsinin rəisi Səlahəddin Təhməzova təşəkkürlərini çatdırıb.

Görüş zamanı qazi və onun ailəsinin qayğıları dinlənilib, ailəyə maddi dəstək göstərilib.

Qazinin valideynləri göstərilən diqqətə görə öz razılıqlarını bildiriblər.