YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zərdab rayon təşkilatının üzvləri şəhid İbrahim Cəbrayıllının ailəsini ziyarət edib

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Zərdab rayonunda silsilə tədbirlər keçirilir.

Zərdab rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə bir qrup YAP fəalı Məlikumudlu kəndindən olan, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn, öz adını xalqın tarixi yaddaşına həkk edən vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaradan şəhid Cəbrayıllı İbrahim Raqub oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzərək ruhuna dualar oxuyublar. Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş şəhidlərin məzarı da ziyarət edilib.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova şəhid İbrahim Cəbrayıllının valideynləri ilə söhbət zamanı bildirib ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi zamanı şəhid olub. Belə qəhrəman övladlar yetirdiklərinə görə onlara minnətdarlıq edib. Bildirib ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər. Onlara olan diqqət və qayğı əbədidir.

Ziyarət zamanı ailəyə maddi yardım göstərilib.

Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Cəbrayıllı İbrahim Raqub oğlu ölümündən sonra ”Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.