YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində növbəti görüşlər keçirib

Yeni Azərbaycan Partiyası  Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı”  aksiyası çərçivəsində rayonun Dondar Quşçu kəndindən torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Ruslan Şaxsəddin oğlu Quliyevin, Hüseyn Həbib oğlu Quliyevin və Əmrah Ürfət oğlu Əliyevin ailələrini ziyarət ediblər.

Şəhid valideyinləri ilə söhbət zamanı şəhidlərimizin Vətən qarşısındakı böyük xidmətlərindən bəhs olunub, onların xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu bildirilib, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışılıb. Vətənimizə şərəf gətirən övladlar böyütdüklərinə görə şəhid valideyinlərinin böyük ehtirama, diqqət və qayğıya layiq olduqları ifadə olunub.

Eyni zamanda, şəhid ailələrinin problemləri dinlənilib, onların həlli ilə bağlı müvafiq işlərin görüldüyü diqqətə çatdırılıb.