Xəbərlər
Qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri müzakirə edilib
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/6e28bd4940cd5bb00b9d810f55d18b04.jpg&w=360)
Fevralın 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.