YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının rəhbərliyi 2 fevral Gənclər Günü münasibətilə Vətən müharibəsi qazilərini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi 2 fevral Gənclər Günü münasibətilə Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Qazilərlə görüşlər zamanı YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon təşkilatının sədr müavini Ramin Əhmədov, təşkilatın Qadınlar Şurasının sədri Sevda Abdullayeva və başqaları 44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında gənclərimizin xüsusi payı olduğunu qeyd ediblər, onlara partiya üzvləri adından təşəkkürlərini çatdırıblar.

Qazilər də keçdikləri döyüş yolundan söz açıb, xatirələrini bölüşüblər. Eyni zamanda, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edən qazilər bundan sonra da torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini bildiriblər.

Bununla yanaşı, qazilərin problemləri də dinlənilib, onların həlli istiqamətində köməklik göstərilib.