YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mevlüt Karakaya: Azərbaycan torpaqlarının 30 illik işğalından sonra böyük Zəfər qazanaraq dünyaya səs saldı

Azərbaycan torpaqlarının 30 illik işğalından sonra böyük Zəfər qazanaraq dünyaya səs saldı. Qarabağ bütün dünyanın gözü önündə Ermənistan işğalından azad olundu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya fevralın 2-də Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Qarabağın tacı olan Şuşanın azad işğaldan edilməsi böyük önəm daşıyır.

Bakıya səfərlərinin məqsədinin mədəniyyət beşiyi olan Şuşada məktəb təşəbbüsü ilə bağlı olduğunu qeyd edən M.Karakaya bildirib: “Təhsil hər bir xalqın həyatında önəmli prosesdir. Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Şuşada uşaqların təhsil almaları üçün məktəb açılması təşəbbüsü ilə əlaqədar özünün sosial media hesabında bildirmişdi”.

Sədr müavini diqqətə çatdırıb ki, onlar bu təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın razılığı əsasında həyata keçirmək niyyətindədirlər.