YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatında “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir

“2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi bu günü Azərbaycan Gəncləri günü elan etmişdir. II Forumda yaddaqalan mühüm məqam Ulu Öndərin gənclərə mürəciəti olmuşdur. O, gənclərə inamla müraciət edirdi: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. Bu gün isə Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vüqar Seyidov eyni zamanda 44 günlük Vətən Müharibəsində şəhid olmuş Vətən oğullarının ruhu qarşısında baş əydiyini dilə gətirmiş, qazilərimizə Allahdan şəfa diləmişdir.

YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov və təşkilatın məsləhətçisi Ənvər Haqverdiyev gəncləri təbrik edərək, bu gün gənclərlə bağlı imzalanan bir çox sənədlərin respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmaqla gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etməsini, bütün bunların ölkə başçısının gənclərə böyük qayğısının sübutu kimi olmasını, gənclərimiz tərəfindən ölkəmizin sabahının gənclərin ən yaxın dostu olan Cənab İlham Əliyevlə bağlandığını, hər bir gəncin öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışdığını vurğulamışlar.

YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə dünyanin çox az ölkəsinin gənclərinin qeyd etmək şərəfinə nail olduğu, Ulu Öndər Heydər Əliyevin gənclərə saysız-hesabsız ərmağanlarından sadəcə biri olan “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə hər bir ölkə gəncini təbrik etmiş, 2020-ci ili səciyyələndirərək qeyd etmişdir ki, ötən il həm ağır, həm də çox qürurlu il olmuşdur. Dövlətimiz həm dünyada geniş vüsət alaraq yayılan koronavirus pandemiyası ilə, həm də mənfur düşmənlə savaşmışdır. Vurğulamışdır ki, əldə edilən bu mütləq zəfər haqqın və ədalətin təcəssümüdür! Cənab Ali Baş Komandanın çıxışları zamanı səsləndirdiyi fikirlər bu gün hər bir Azərbaycan gəncinin mayakına çevrilib. Cənab Prezident Qarabağın gələcək sosial-iqtisadi vəziyyəti ilə bağlı ciddi addımlar atılacağını qeyd etmişdir. Atılacaq bu addımlarda - Qarabağın yenidən qurulmasında heç çübhəsiz ki, Azərbaycan gənclərinin rolu böyük olacaqdır.

Görüşdə, həmçinin Vətən Müharibəsi qazisi, rayonun fəal gənci Elnur Əkbərli qeyd etmişdir ki, tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycan gəncinin ən böyük arzusu və diləyi idi. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub, Qarabağ Azərbaycanındır!

YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəal gənci Əfqan Vəlizadə çıxış edərək “Gənclər Günü” və YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin 2020-ci il tarixdəki uğurlu fəaliyyəti ilə əlaqədar olaraq gəncləri təbrik etmişdir.

YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəal gənci Vüsal Qasımov qarmon musiqi alətində “Yaşa Azərbaycan” mahnısının musiqi sədaları ilə gəncləri təbrik etmişdir.

Sonda öz sağlamlıqlarını təhlükə altına ataraq pandemiya dönəmində fəaliyyətlərinə görə YAP Suraxanı rayon təşkilatı tərəfindən bir qrup fəal gənc “Təşəkkürnamə”lər ilə tətif olunmuşdur.