YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatı 2 fevral – Gənclər Günü münasibətilə videokonfrans keçirib

Yevlaxda 2 fevral – Gənclər Günü münasibətilə videokonfrans keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı, Yevlax şəhər Gənclər və İdman İdarəsi və "Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən videokonfransdan öncə gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Videokonfransı giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova açaraq Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib, əsası Ulu Öndər tərəfindən qoyulmuş və bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasəti və rayonda gənclərə yaradılan şərait haqqında danışıb.

Tədbirdə, həmçinin Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, "Kür" qəzetinin baş redaktoru, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev, "Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov, Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Elvin Əjdərli, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı çıxış ediblər. Çıxışlarda ölkəmizdə, o cümlədən Yevlaxda gənclər və idman sahəsində həyata keçirilən siyasət, əldə edilmiş uğurlar barədə ətraflı danışıblar.

Videokonfransdan sonra rayonda fəallığı ilə seçilən, Vətən müharibəsində iştirak edərək şücaəti ilə fərqlənən, yeniyetmə və gənclərin tərbiyəsində fəal iştirak edən gənclər Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən, həmçinin Yevlax şəhər Gənclər və İdman İdarəsi və YAP Yevlax rayon təşkilatı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.