YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Özbaşına açıqlamalar verilməsi qəbuledilməzdir və buna son qoyulmalıdır

Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Mərkəzi Bankın sədrinin Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirməsi barədə danışarkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə məsləhətləşmə aparılmalıdır.

“Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.