YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hulusi Akar: Niyyətimiz bölgədə sülh və əmin-amanlığı təmin etməkdir

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sədrliyi ilə ölkə daxilində və xaricində fəaliyyətdə olan ordu, qüvvə və bölmə komandirləri ilə onlayn konfrans keçirilib. Mütəmadi keçirilən konfransda ilk dəfə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmətdə olan türk general da iştirak edib.

Tədbir iştirakçılarını mərkəzdəki son vəziyyətlə bağlı məlumatlandıran generala nazir tərəfindən müvafiq təlimatlar verilib.

Fəaliyyətə başlayan Birgə Monitorinq Mərkəzinin vacib vəzifəni yerinə yetirəcəyini vurğulayan nazir deyib: “Birgə mərkəz artıq fəaliyyətə başladı. Niyyətimiz bütün digər fəaliyyətlərlə yanaşı, bu mərkəzin də töhfəsi ilə bölgədə atəşkəsin davamlılığını, sülh və əmin-amanlığı təmin etməkdir. Ümid edirik ki, bölgə xalqları bir-birinə hörmətlə yanaşmaqla, beynəlxalq hüquq çərçivəsində qarşılıqlı anlaşma içərisində yaşayacaqlar. Arzumuz budur ki, bölgədə sülh və əmin-amanlıq hökm sürsün”.

Tədbirdə Şərqi Aralıq dənizi, terrorla mübarizə və digər məsələlər müzakirə olunub.