YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın kütləvi informasiya vasitələri ulu öndər Heydər Əliyev haqqında yazır

Pakistanın ingilisdilli “The News”, “Pakistan Observer” qəzetlərində, “China Post”, “Pakistan Views”, “Strategic Studies”, “Defence”, “Kashmir Valley”, “Zero Point” və digər informasiya agentliklərində və bloqlarında İslamabad Konfliktologiya İnstitutunun direktoru Sabah Aslamın ulu öndər Heydər Əliyev haqqında “Millətini uca zirvələrə qaldırmış dahi insan” sərlövhəli məqaləsi və “Pakistan in the World” qəzetində “Həyatını xalqına həsr etmiş insan” adlı məqaləsi dərc edilmişdir. 

Məqalələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Yazılarda böyük siyasətçinin fəaliyyəti keçmiş SSRİ-nin rəhbərlərindən biri və müasir müstəqil Azərbaycanın yaradıcısı və memarı kimi təhlil olunur.

Həmçinin müstəqil Azərbaycanın neft strategiyası, ölkəmizin iqtisadi inkişafı, dünya dövlətləri ilə əməkdaşlığı, nəqliyyat kommunikasiyaları, respublikamızın geostrateji ərazidə yerləşməsi haqqında ətraflı bəhs edilir. Vurğulanır ki, Azərbaycan iqtisadiyyatı dünyanın ən inkişaf etmiş ölkələrinin iqtisadiyyatı ilə bir sırada durur, qeyri-neft sektoru sürətlə inkişaf edir.

Məqalələrdə Azərbaycan-Pakistan əlaqələrindən, ulu öndər Heydər Əliyevin 1996-cı ildə Pakistana tarixi səfərindən bəhs olunur.

Yazılarda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda elm, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr haqqında da söhbət açılır.