YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan 2021-ci ilə böyük uğurlarla qədəm qoydu

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi və müdrik dövlət siyasəti ölkəmizi qələbədən-qələbəyə aparır. Azərbaycan 2021-ci ilə də böyük uğurlarla qədəm qoydu”. Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında deyib.

Sahibə Qafarova bildirib ki, ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı, ərazi bütövlüyümüz bərpa olundu. Böyük Qələbəmiz sayəsində artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının böyük xalq olduğunu bir daha göstərdi. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində biz işğaldan azad edilən ərazilərimizi bərpa edəcək və öz əzəli torpaqlarımızda əbədi yaşayacağıq”, -deyə spiker vurğulayıb.

S.Qafarova həmçinin bildirib ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik müstəvisində dəstəkləmək üçün Milli Məclis bütün tədbirləri görüb. Parlament ötən dövrdə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib.

Onun sözlərinə görə, yaz sessiyasında bir sıra dövlət qurumlarının və orqanlarının hesabatları dinləniləcək. Belə ki, Milli Məclisə Nazirlər Kabinetinin hesabatı təqdim ediləcək. Bundan başqa, dinləmələrə Hesablama Palatasının, Ombudsman Aparatının hesabatları da daxil edilib.

Parlamentin sədri 2021-ci il yaz sessiyasının da uğurla keçəcəyinə və səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.