YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən tədbirlər davam edir. Bu gün YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov və bir qrup partiya fəalı Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.

Rayon təşkilatından verilən məlumata görə, keçirilən növbəti tədbir ağacəkmə aksiyası olub. Ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Ağdaş rayonunda da uğurla həyata keçirilir. YAP Ağdaş rayon təşkilatı da müntəzəm olaraq bu işə öz töhfəsini verir. Rayon təşkilatının təşəbbüsü ilə Ağdaş-Ləki avtomobil yolunun 1-2-ci kilometrliyində keçirilən ağacəkmə aksiyasında rayon təşkilatının sədri Cavid Osmanov, Gənclər Birliyinin fəalları və könüllüləri iştirak ediblər. Ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətinin ətraf mühitin və yaşıllıq zolaqlarının qorunmasına yönəldilməsi məqsədilə keçirilən aksiyada 100 ədəd tuya ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Tədbirlər planına uyğun olaraq rayon təşkilatı tərəfindən bu cür aksiyaların Ağdaş rayonunun ərazisində keçirilməsi davam etdiriləcək.