YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, amma sanksiya məsələsində ikili standartlara qarşıdır

«Biz yenə də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq? İndiyə kimi görmüşük ki, onlar yalnız öz «dirijorlarının» göstərişi ilə işləyirlər. Bunu dəfələrlə görmüşük». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov bugünkü plenar iclasda səsləndirib.

O.Əsədov bildirib ki, Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Bundan böyük dəstək varmı?

«AŞPA-da Azərbaycan nümayəndə heyəti sanksiyalar məsələsində səsini eşitdirmək üçün Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə səs verib. Mətbuat isə yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bəs niyə sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya bütün işğalçı dövlətlərə qarşı qəbul edilməlidir. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, amma sanksiya məsələsində ikili standartlara qarşıdır»- deyə, spiker vurğulayıb.