YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək

Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində böyük zəfərin qazanmasını şərtləndirən faktorlardan biridir.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, 17 il ərzində Azərbaycan dövlətinin bütün sahələrində əldə etdiyi uğurlar "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Məhz, ölkə Başçısı İlham Əliyevin məqsədyönlü və qətiyyətli, milli inkişaf siyasəti nəticəsində Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar. Dövlət Başçımızın verdiyi qərarların milli və qlobal əhəmiyyəti həm yerli, həm də beynəlxalq ictimai rəydə yüksək qiymətləndirilir. Ölkə Prezidenti İlham Əliyevə olan dərin inam və etibardan irəli gələrək, böyük həcmdə xarici sərmayələrin Azərbaycan iqtisadiyyatına qoyulması qeyri-neft sektorunun və müxtəlif sənaye sahələrinin inkişafına təsir göstərən amillərdəndir.

Prezident İlham Əliyev ölkəmizin enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasəti, şaxələndirilmiş nəqliyyat infrastrukturu vasitəsilə beynəlxalq birliyin diqqətini Azərbaycana cəlb etməyi bacarıb. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə, Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan böyük enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri kimi regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır.

Öz ərazi bütövlüyünü bərpa edən, möhtəşəm zəfərə imza atan Azərbaycan bu gün iqtisadiyyatını bütövləşdirir, 30 il ərzində erməni terrorçularının işğalıında qalan kəndləri, şəhərləri yenidən bərba edir. Bunun üçün ölkəmizin kifayət qədər resursları, iqtisadi potensialı var. Prezident İlham Əliyevin də dediyi kimi, "...Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq”.

“Böyük Qayıdış” proqramının həyata keçirilməsi Qarabağ torpaqlarına yeni nəfəs veriləcək, insanlar öz yurdlarına qayıdacaqlar. Tezliklə işğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və aktiv məşğulluq proqramları icra olunacaq, xüsusən də kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılması ilə insanların məşğulluğu təmin ediləcək. İqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün böyük həcmdə maliyyə resursları tələb olunsa da, dövlətimiz bunu həyata keçirəcək. Dağlıq Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və inkişafı növbəti onilliklərdə Azərbaycan iqtisadiyyatına böyük töhvələr verəcək. Azərbaycan Prezidenti artıq bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyub: "Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Çox zəngin təbii ehtiyatlara malik Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və yenidən qurulması qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına, ölkə iqtisadiyyatının böyüməsinə təkan verəcək.

30 il müharibə şəraitində yaşayan Azərbaycanın bu gün davamlı sosial-iqtisadi inkişafa nail olması Prezidentimiz İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi məqsədlərin xalqımızın milli maraqlarına söykənməsi sayəsində reallığa çevrilib.