YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərin ailələri və qazilərlə görüşlərini davam etdirir

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və partiya fəalları bu istiqamətdə növbəti görüşlər keçirib. Hər bir şəhid ailəsi və qazimizlə keçirilən görüşlərdə rayon təşkilatının sədri vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirib.

F.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdiyini vurğuladı.

YAP Şəmkir rayon təşkilatı Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi gündəlik vəzifəsi bilir, hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşır, mütəmadi olaraq onların ailələrinə baş çəkir, problemlərini dinləyir, həll olunması üçün bütün səylərini əsirgəmirlər.

Görüşlərdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən şəhid ailələrinin üzvləri vətən uğrunda sağlamlığını itirmiş qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırıblar.

Şəhid ailələrinin üzvləri və qazilərimiz göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

DİGƏR Xəbərlər Arxiv