YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The New York Times”ın əməkdaşları işğal altındakı ərazilərimizə gedərkən Azərbaycanın qanunlarına riayət ediblər

“The New York Times” qəzetinin əməkdaşları Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edərkən Azərbaycan Respublikasının qanunlarına riayət ediblər.
Bu açıqlamanı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “The New York Times”ın əməkdaşlarının Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri ilə əlaqədar kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq verib.
H.Hacıyev bildirib ki, səfərin niyyəti barədə “The New York Times” tərəfindən əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib. Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün qəzetin əməkdaşlarına giriş vizası rəsmiləşdirilib. Onlara Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib.