YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin yaz sessiyası işə başlayıb

Fevralın 2-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb.
Parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Oqtay Əsədov deyib ki, Milli Məclis ötən sessiya müddətində də Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlət siyasətinin həyata keçirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Eyni zamanda, Milli Məclisin yaz sessiyası üçün qanunvericilik işləri planı hazırlanıb.
Sonra iclasın gündəliyi təsdiq olunub və müzakirələr başlayıb.
İclasda Milli Məclisin intizam, hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında, 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərarlara baxılıb.
Deputatlar Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Reklam haqqında" qanun layihələrini müzakirə edəcəklər.
 

DİGƏR Xəbərlər Arxiv