YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb

«Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Azərbaycanın mövcud olan imkanlarından istifadə edərək gənclərimizin daha yüksək formalaşmasına, bu günün və gələcəyin layiqli vətəndaşı kimi yetişməsinə səfərbər edilməsindən ibarət olub. 2 fevral Gənclər Gününün təsis olunmasından bu günə qədər keçən illər ərzində Azərbaycanda müasir gəncliyin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlərin əsasını Heydər Əliyev ideyaları təşkil edir». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də əsasında dayanan bu ideyalar gənclər üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Onun sözlərinə görə, Azərbaycanın inkişafı və artan imkanları gənclərlə bağlı siyasətimizin daha əhatəli şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.

«Bu gün ölkəmizdə layiqli gənclik formalaşıb. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi yetişirlər. Biz Azərbaycanın gələcəyini bu gün formalaşan, gələcəyə ümidlə baxan və özünü gələcəyə hazırlayan gənclərdə görürük. Təbii ki, hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ümummilli lider Heydər Əliyev tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Həqiqətən, bütün parametrləri ilə Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb” - deyən Əli Əhmədovun sözlərinə görə, bu gənclərin əhəmiyyətli bir hissəsi YAP-ın Gənclər Birliyində toplaşıblar. 

Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin  gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdən ibarətdir. Onun fikrincə, layiqli vətəndaş, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını qoymağı bacaran insan olmalıdır.

DİGƏR xəbərlər Arxiv