YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Şuşa döyüşü dünya hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələrindəndir

“Azərbaycanın əldə etdiyi tarixi Zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider və insan amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, heç nədən çəkinməyərək cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilir”. Bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü. Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də, bütün dünya da gördü. Azərbaycan xalqı öz mübarizəsi ilə işğala məruz qalan, haqqı əlindən alınan xalqlara bir örnək oldu, bütün dünyaya ədaləti, beynəlxalq hüququ necə bərpa etməyi göstərdi. Ancaq bunun üçün milli gücün məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə əsas etibarilə insan amili ilə bağlıdır.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqına bu tarixi Zəfəri qazandıran əsgərlərimiz Ulu Öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir. Onun sözlərinə görə, bu iki mühüm amil əslində həm də milli həmrəyliyimizi təmin edən komponentlərdir: “Heydər Əliyev məktəbi ənənələrində gələn dəyərlər əsasında 2003-cü ildən sonra yeni idarəçiliyin tətbiq olunması ilə ölkəmizdə tamamilə yeni mənəvi və intellektual əsaslarda yeni nəsil yetişdirildi. Buradakı başlıca mənəvi komponentlər isə vətənpərvərlik, cəsurluq və mənəvi dəyərlərimizə sahib çıxmaq hissləri ilə bağlı idi. 2003-cü ildə 10-15 yaşında olan gənclər məhz bu idarəçilikdə və bu dəyərlər əsasında tərbiyə edilərək, artıq 2020-ci ildə Vətən müharibəsində iştirak edən 25-32 yaşlı qəhrəmanlara çevrildilər. Bu qəhrəmanlar Vətən müharibəsinin taleyini müəyyən edərək düşmənə tarixi dərs verdilər. Məhz bu oğulların rəşadəti, döyüşkənliyi sayəsində Xarı bülbülün vətəni Şuşamız azad edildi. Şuşa döyüşü dünya hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələrindəndir. Mərd oğullarımızla bərabər, hamı - gənclər də, yaşlılar, orta nəslin nümayəndələri də eyni əzmlə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəmiz üçün əllərindən gələni etdilər. Bu isə əslində milli birlik və bərabərliyimizin, millət olaraq Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşməyimizin göstəricisi idi. Məhz bu yumruq milli birliyimizin və gücümüzün simvoluna çevrildi. Dəmir yumruq düşmənin başını əzdi, belini qırdı. Bu günlərdə Azərbaycan Prezidenti və Birinci vitse-Prezidentimizin Şuşaya səfər etmələri mühüm hadisədir. Prezident İlham Əliyevin Şuşadan dosta, düşmənə mesajlar verməsi qəlbimizi qürur hissi ilə doldurdu”.

    

DİGƏR Xəbərlər Arxiv