YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb

Yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov bölgədəki son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.

Nazirlər, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası, eləcə də bu il yanvarın 11-də imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

 

DİGƏR Xəbərlər Arxiv