Xəbərlər
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/7d1a6fc975761982a0e0b6e4f20ddb87.jpg&w=360)
Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyət, eləcə də bu il yanvarın 11-də Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.