YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Moskvaya səfəri çərçivəsində Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunacaq.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

O deyib ki, yanvarın 26-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrov ilə İran nüvə proqramı, Dağlıq Qarabağ ətrafında, Suriya və Əfqanıstanda, eləcə də İran körfəzi zonasında vəziyyəti müzakirə edəcəyi gözlənilir.