YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın Baş naziri Boyko Borisov Prezident İlham Əliyevi təbrik edib

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istərdim ki, Bolqarıstan Respublikası Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasını özünün strateji tərəfdaşı hesab edir. İnanıram ki, ölkələrimiz və xalqlarımızın dostluq münasibətləri sayəsində Bolqarıstan ilə Azərbaycan arasındakı fəal təmaslar, səmərəli əməkdaşlıq dost dövlətlərimiz və xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.