YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir

“Koronavirus pandemiyasının geniş yayılması, virusa yoluxanların sayının çoxluğu ciddi narahatlıqlar yaradır”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. Bu baxımdan, özəl tibb müəssisələri də bu mübarizəyə cəlb ediməlidir. Onun fikrincə, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb edilməlidir: “Bildirilir ki, hər bir koronavirus xəstəsinin müalicəsi dövlətə gündəlik 100-150 manata başa gəlir. Özəl kilinikalarda xəstələrin müalicəsi üçün bu vəsaitin bir hissəsi sığorta vasitəsi ilə ödənilə bilər, bir hissəsini imkanı olan şəxs özü ödəyə bilər. Yəni imkanlı şəxslər özəl klinikalarda müalicə alsa, digər xəstəxanalarda yerlər boşala və imkanı olmayan şəxslərin müalicəsi üçün istifadə oluna bilər”.

Komitə sədri həmçinin ölkəyə ekspress testlərinin gətirilməsini məqsədəuyğun hesab edib: “Dünyada 300-ə qədər test növü var. Sahibkarlara şərait yaratmaq lazımdır ki, ölkəyə ekspress testlər gətirsinlər və insanlar bu testləri alıb evdə yoxlaya bilsinlər”.

DİGƏR Xəbərlər Arxiv