YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramiz Hüseynov: Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır

“Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə ölkəmiz ədalətin bərpası uğrunda apardığı mübarizədə beynəlxalq aləmdən mühüm dəstək gördü. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, müharibə bizə bir daha dostlarımızın kimliyini əyani şəkildə göstərmiş oldu”. Bu fikirləri YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.

O bildirib ki, Azərbaycan bir daha bölgədə sülhün və əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsində əsas ölkə olduğunu ortaya qoydu. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfərinə də toxunan R.Hüseynov deyib ki, Azərbaycan regiondakı siyasi reallığı dəyişib və artıq bu həqiqəti hər kəs dərk etməlidir.

“İstər BMT Təhlükəsizlik Şurasının, istərsə də digər beynəlxalq təşkilatların Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması ilə bağlı qətnamə və qərarları 30 ilə yaxın icra olunmadı. Eləcə də, münaqişənin həllində vasitəçi rol oynamalı olan Minsk qrupu həmsədrlərinin uzun illərdir regiona etdiyi səfərlər heç bir nəticə vermədi. Həmsədr ölkələr bu münaqişənin nəinki həllini, hətta uzanmasını arzulayırdı. Amma qüdrətli Azərbaycan Ordusu, xalq-hakimiyyət vəhdəti, milli birliyimiz bu işğalın sona yetməsini, torpaqlarımızın azad olmasını, sözügedən qətnamələrin icrasını təmin etdi. Bu gün artıq regionda yeni siyasi-iqtisadi mənzərə yaranıb”, - deyə R.Hüseynov söyləyib.