YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahverdi Haxverdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

“44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbənin ardından vətəndaşlara dəyən ziyanın aradan qaldırılması istiqamətində davamlı tədbirlərin görülməsi, cənab Prezidentimiz tərəfindən müvafiq sərəncamların imzalanması ölkəmizdə vətəndaşlara verilən dəyərin sübutudur. Dekabrın 14-də ölkə Prezidentinin ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı növbəti Sərəncam imzalaması, eyni zamanda, dövlətimizin qüdrətini göstərir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib.

Onun sözlərinə görə, Sərəncama əsasən təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb ki, bu da dövlətin diqqət və qayğısının bariz nümunəsi kimi çıxış edir. “Bu, Azərbaycan dövlətinin, ölkə Prezidentinin vətəndaşlara göstərdiyi diqqətin, onların sosial problemlərinin həlli istiqamətində atdığı addımların əməli sübutudur. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir”, - deyə A.Haxverdiyev söyləyib.